"Qarabağ"ımız "Qəbələ" üçün başladı

single-news
12 Fev 2019

"Qarabağ"ımız "Qəbələ" üçün başladı



"Qarabağ"ımız bu gün Azərbaycan Premyer Liqasının XVII turunda qarşılaşacağı "Qəbələ"ylə matçın hazırlıqlarına start verib. Klubumuzun bazasında baş tutan məşqdə futbolçularımız isinmə hərəkətlərinin ardından fiziki təmrinləri yerinə yetirib. Daha sonra isə komandamız taktiki çalışmayla məşqi yekunlaşdırıb. Zədəli futbolçularımız: Araz Abdullayev və Mahir Mədətov isə hazırlığın ilk hissəsində komandayla məşq etsə də, daha sonra fərdi olaraq çalışmaları yerinə yetirib. Daha bir zədəli futbolçumuz - Miçel isə məşqdə iştirak etməyib.

Paylaş