"Qarabağ"ımız Qəbələdən qələbəylə qayıdır

single-news
7 Apr 2019

"Qarabağ"ımız Qəbələdən qələbəylə qayıdır



Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun oyunları keçirilir. "Qarabağ"ımız səfərdə "Qəbələ"nin qonağı olub. Oyuna sürətli başlayan komandamız matçın 3-cü dəqiqəsində hesabı açıb. Künc zərbəsindən sonra Donald Gerrye topu qapıdan keçirib. Matçın 23-cü dəqiqəsində Rəqib hesabı bərabərlşdirib. Oyunun 80-ci dəqiqəsində meydana daxil olan Araz Abdullayev 3 dəqiqə sonra komandamıza hesabı öz xeyrinə dəyişdi. Zubirin ötürməsindən sonra qapıçıyla təkbətək qalan Araz topu qapıdan keçirib. Qalan dəqiqələrdə qol vurulmayıb və komandamız səfərdən 2:1 hesablı qələbəylə qayıdır. 

 

14:00. “Qəbələ” – “Qarabağ” - 1:2
Qollar: 
D. Gerye, 3 (0:1), R. Əliyev, 23 (1:1), A. Abdullayev, 82 (1:2)
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Kamal Umudlu 
Qəbələ şəhər stadionu

Paylaş