"Qarabağ"ımız "Qəbələ"ni məğlub etdi
-Recovered.jpg)
"Qarabağ"ımız "Qəbələ"ni məğlub etdi
Bu gün "Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XVII turunda "Qəbələ"ni qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma komandamızın 2:1 hesablı qələbəsiylə başa çatıb. Komandamız matça erkən qolla bşlayıb. 3-cü dəqiqədə Riçard Almeyda penalti zərbəsindən hesabı bərabərləşdirib. Matçın 27-ci dəqiqəsində isə rəqib penaltidən sonra hesabı bərabərləşdirib. Bu qoldan 3 dəqiqə sonra Filip Ozobiç möhtəşəm zərbəylə hesabı 2:1 edib. Matçın qalan dəqiqələrində hər iki komanda qol epizodları yaratsa da, bu fürsətlərdən istifadə edə bilməyib və qarşılaşma komandamızın 2:1 hesablı qələbəsiylə başa çatıb.
17 fevral (bazar)
17:30. “Qarabağ” – “Qəbələ” - 2:1
Qol: Riçard Almeyda, 4-pen. (1:0), Cavid Hüseynov, 29-pen. (1:1), Filip Ozobiç, 30 (2:1)
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Etibar Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu