"Qarabağ"ımız "Qəbələ"ni məğlub etdi

single-news
17 Okt 2020

"Qarabağ"ımız "Qəbələ"ni məğlub etdi



Bu gün Azərbaycan Premyer Liqasında VI tura start verilib. "Qarabağ"ımız bu turda "Azərsun Arena"da "Qəbələ"ni qəbul edib. Komandamız ilk dəqiqələrdən oyuna nəzarəti ələ alsa da, ilk hissənin sonlarında hesabı açıb. Matçın 43-cü dəqiqəsində Donald Gerrye topu rəqib qapısından keçirib. Və ilk hissə bu hesabla da başa çatıb. İkinci hissənin sonlarında komandamız daha iki dəfə fərqlənib. Oyunun 89-cu dəqiqəsində Patrik Andrade penalti zərbəsindən hesabı 2:0 edib. Matçın əsas vaxtına əlavə olunmuş birinci dəqiqədə isə gənc futbolçumuz Toral Bayramov komandamızın üçüncü qolunun müəllifi olub. Qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

16:00. "Qarabağ" - "Qəbələ" - 3:0
Qollar: 
Donald Gerye, 43, Patrik Andrade, 89-pen, Toral Bayramov, 90+1
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev.
Bakı. "Azersun Arena"

Paylaş