`Qarabağ`ımız Qəbələyə itkilərlə yollanır

single-news
4 Dek 2009

`Qarabağ`ımız Qəbələyə itkilərlə yollanır



`Qarabağ`ımız bu gün premyerliqanın 13-cü turu çərçivəsində `Qəbələ` ilə keçirəcəyi mac üçün eyniadlı rayona yola düşür. Komandamız daim qələbə qazandığı rayona eyni məqsəd üçün yollansa da, komandamızsa `itki` epidemiyasının olması texniki heyəti çətin duruma salıb. Belə ki, komandamız zədə və xəstəlik səbəbindən bir sıra futbolçuların imkanlarından yararlanmayacaq. Məşqdə dizindən zədələnən Elvin Məmmədov 10 günlüyə sıradan çıxıb. Maksim Medvedev, Əfran İsmayılovun da analoji problemləri var. Kapitanımız Aslan Kərimov da artıq 1 aydı zədədən əziyyət çəkir. `Turan`la oyunöncəsi xəstələnərək sıradan çıxan  Emin İmaməliyevə komandamızın ən məhsuldar oyunçusu Vaqif Cavadov və Vüqar Nadirov da qoşulub. Qara Qarayev və Tural İsgəndərovun da məlum səbəblərdən Almaniyada olduğunu nəzərə alsaq komandamızda 8-9 futbolçunun meydana cıxa biləcəyi sual altındadır.

Paylaş

// pop up