"Qarabağ"ımız Qəbələyə yollandı

19 Dek 2020
"Qarabağ"ımız Qəbələyə yollandı
Premyer Liqanın XII turunda səfərdə "Qəbələ"ylə qarşılaşacaq "Qarabağ"ımız bu gün bu matçın hazırlıqlarını klubun bazasında tamamlayaraq Qəbələyə yollanıb.
Komandamızın heyətində 3 futbolçu: Şahruddin Məhəmmədəliyev, Xayme Romero və Zamiq Əliyev 14 günlük karantin rejimində olduğu üçün bu matçda iştirak etməyəcək.
Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" matçı sabah, saat 15:00-da start götürəcək.