"Qarabağ"ımız qış təlim-məşq toplanışına start verdi FOTOLAR

single-news
7 Yan 2019

"Qarabağ"ımız qış təlim-məşq toplanışına start verdi FOTOLAR



"Qarabağ"ımız bu gün qış təlim-məşq toplanışına start verib.

 Komandamız səhər saatlarında qış kampının baş tutacağı Antalyaya yollanıb. Axşam saatlarında isə futbolçularımız ilk məşqinə çıxıb. Məşq meydançada baş tutub və təxminən 1 saat davam edib. Futbolçularımız fiziki tapşırıqları yerinə yetirib. Ötən ili zədə səbəbindən erkən başa vuran futbolçumuz İnnosent Emeqara da komandamıza qoşulub və məşqdə iştirak edib. Əvəzedici heyətimizin də bir neçə futbolçusu əsas komandamızla birlikdə təlim-məşq toplanışında iştirak edirlər.

Qeyd edək ki, komandamızın qış kampı 21 gün davam edəcək və bu müddətdə komandamız 4 yoxlama oyunu keçirəcək. 

Paylaş