"Qarabağ"ımız qış təlim-məşq toplanışına start verdi
9 Yan 2018
"Qarabağ"ımız qış təlim-məşq toplanışına start verdi
"Qarabağ"ımız bu gün səhər saatlarında qış təlim-məşq toplanışını keçmək üçün Antalyaya yollanıb.
Komandamız günorta saatlarında IC Santai otelində məskunlaşıb. Komandamızın legioner üzvləri yaxın bir neçə gün ərzində komandaya qoşulacaq. Yerli saatla 18:30-da isə futbolçularımız 2018-ci ilin ilk məşqinə çıxıb. Hazırlıq baş məşqçimiz Qurban Qurbanovun futbolçularla toplantısıyla başlayıb. Daha sonra futbolçularımız yüngül qaçışlardan sonra fiziki tapşırıqlarla məşqi yekunlaşdırıb.
