"Qarabağ"ımız rəqibləri: "Sevilya", APOEL və "Düdelanj"

30 Avq 2019
"Qarabağ"ımız rəqibləri: "Sevilya", APOEL və "Düdelanj"
Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. Monakoda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.
Mərasimdə Azərbaycanın yeganə təmsilçisi "Qarabağ"ımızın da rəqibləri məlum olub. Əmsallara görə üçüncü səbətdə yer alan "Qarabağ"ımız A qrupunda "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) klublarıyla mübarizə aparacaq.
Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.