`Qarabağ`ımız `S-Ş`lə oyuna hazırlaşır

single-news
9 Sen 2011

`Qarabağ`ımız `S-Ş`lə oyuna hazırlaşır



`Qarabağ`ımız `Sumqayıt-Şəhər`lə oyunun hazırlıqlarını davam etdirir. Premyerliqanın 5-ci turunda qarşılaşacağımız  sumqayıtlılarla oyuna komandamız bu gündən tam heyətlə hazırlaşacaq. Azərbaycan millisindəki futbolçularla yanaşı, albaniyalı legionerlərimiz də yığmalardan qayıdıblar. Millidə az oynayanların fərdi çalışdığı çalışmanın ardından bu gün komandamız sadəcə zədəli Zaursuz və Eminsiz çalışacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanovun Dortmundda olması səbəbindən komandaya məşqçimiz Elçin Rəhmanov nəzarət edir. Bu günə komandamızın tək məşqi 17:30-a Suraxanı qəsəbə stadionunda nəzərdə tutulub.
Komandamız sabahkı çalışmanın ardından `kamp`a yığışacaq. Xatırladaq ki, `Sumqayıt-Şəhər` - `Qarabağ` oyunu Sentyabrın 11-i  saat 17:00-da keçiriləcək.

 

Paylaş

// pop up