"Qarabağ"ımız - "Sabah" 1:1

24 Noy 2018
"Qarabağ"ımız - "Sabah" 1:1
Bu gün Azərbaycan Premyer Liqasında XII turun oyunlarına start verilib. "Qarabağ"ımız Tofiq Bəhramov adına Respublika stadionunda "Sabah"ı qəbul edib. Matçın 44-cü dəqiqəsində rəqib hesabı açıb. Bu qoldan cəmi 2 dəqiqə sonra komandamız hesabı bərabərləşdirib. Yakub Jezniçak topu tora göndərib. Komandamız ikinci hissədə də fərqlənməyə yaxın olsa da, yaratdığı qol epizodlarından istifadə edə bilməyib. Matç 1:1 hesabıyla da başa çatıb.
24 noyabr (şənbə)
19:00. "Qarabağ” – "Sabah” - 1:1
Qollar: Elgün Nəbiyev, 44 (0:1), Yakub Jezniçak, 45+1 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu