"Qarabağ"ımız - "Sabah" 3:0
12.jpg)
13 Apr 2019
"Qarabağ"ımız - "Sabah" 3:0
Bu gün Azərbaycan Premyer Liqasında XIV turun oyunlarına start verilib. "Qarabağ"ımız Tofiq Bəhramov adına Respublika stadionunda "Sabah"ı qəbul edib. Oyuna sürətli başlayan komandamız 10-cu dəqiqədə hesabı açıb. Riçard Almeydanın zərbəsi qarşısıalınmaz olub. İlk hissə komandamızın 1:0 hesablı qələbəsiylə başa çatıb. İkinci hissəyə də süərtli başlayan komandamız matçın 65-ci dəqiqəsində Filip Ozobiçlə hesabı 2:0 edib. Matçın 77-ci dəqiqəsində komandamız üçüncü qolu vurub. Rəşad Sadıqovun cərimə zərbəsindən ötürməsini Mahir Mədətov dəqiq tamamlayıb.
Matç bu hesabla da başa çatıb.