`Qarabağ`ımız sabah başlayır

single-news
7 Fev 2011

`Qarabağ`ımız sabah başlayır



`Qarabağ`ımız sabah məşqlərə başlayır. Fevralın 7-sində Antalyadan Bakıya dönən komandamız 2 günlük fasilədən sonra çalışmalara start verir. Sabah komandamız 11:00-da bazaya yığışacaq. Saat 15:00-da isə komandamız `Qəbələ` ilə oyunun hazırlığı üçün ilk məşqinə çıxacaq. Yeri gəlmişkən, komandamızın `Qəbələ` ilə oyununun keçirilmə vaxtı müəyyənləşib. Bazar günü Suraxanı qəsəbə stadionunda baş tutacaq oyun 14:00-da start götürəcək.
Onu da qeyd edək ki, `Qarabağ` çalışmalara milli futbolçularsız başlayacaq.  Komandamızın yeni transferləri Nderim Nedzipi və Bojan Pavloviç bu gecə Bakıya gələcək. Yeni transferlərimiz sabah komandamızla məşqə çıxacaq.

Paylaş

// pop up