`Qarabağ`ımız sabah yola düşür
8 Yan 2011
`Qarabağ`ımız sabah yola düşür
`Qarabağ` artıq başlayır. Dekabrın 23-üdən sonra istirahətə yollanan `Qarabağ` artıq 2011-ci ilin hazırlıqlarına başlayır. Premyerliqada yaranmış fasilə ilə əlaqədar komandamızın istirahəti sabah başa çatır. Sabah səhər komandamız bazaya toplaşacaq və təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq. `Qarabağ`ımız sabah 13:00-da Bakı – İstanbul – Antalya reysiylə qonşu ölkəyə yollanacaq. Antalyada komandamız 5 ulduzlu `İC Santai` otelində məskunlaşacaq. `Qarabağ`ımız fevralın 5-inə kimi adı çəkilən məkanda çempionatın geridə qalan hissəsinin çalışmalarını yerinə yetirəcək.
`Qarabağ`ımızın Antalya hazırlıqlarını bütün təfsilatıyla saytımız vasitəsiylə anbaan izləməyi unutmayın...
`Qarabağ`ımızın Antalya hazırlıqlarını bütün təfsilatıyla saytımız vasitəsiylə anbaan izləməyi unutmayın...