"Qarabağ"ımız "Sabah"a qalib gəldi

single-news
12 Avq 2020

"Qarabağ"ımız "Sabah"a qalib gəldi



Yeni mövsüm hazırlıqlarını davam etdirən "Qarabağ"ımız növbəti yoxlama oyununu keçirib. Komandamız "Azərsun Arena"dan "Sabah"ı qəbul edib və rəqibini 2:0 hesabıyla məğlub edib. Yeni transferimiz Uroş Matiç penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. Mahir Emreli isə ikinci hissədə komandamızın ikinci qoluna imza atıb.

"Qarabağ"ımızın start heyəti: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Donald Gerrye, 18. İsmayıl İbrahimli, 8. Uroş Matiç, 19. Filip Ozobiç, 17. Abdullah Zubir, 9. Xayme Romero, 11. Mahir Emreli

Paylaş