"Qarabağ"ımız "Sabah"ı məğlub etdi

single-news
9 İyn 2020

"Qarabağ"ımız "Sabah"ı məğlub etdi



Bu gün "Qarabağ"ımız çempionatda yaranan fasilə zamanı yoxlama oyunu keçirib. Komandamız "Bank Respublika Arena"da "Sabah"la qarşılaşıb. Oyuna sürətli başlayan komandamız matçın 3-cü dəqiqəsində Mahir Emreli ilə hesabı açıb. 15-ci dəqiqədə komandamız hesab arasında fərqi ikiyə çatdırıb. Xayme möhtəşəm zərbəylə hesabı 2:0 edib. 37-ci dəqiqədə isə Ozobiç üçüncü qolu vurmaqla ilk hissənin hesabını müəyyənləşdirib. Matçın 65-ci dəqiqəsində isə Mahir Emreli özünün ikinci, komandamızın dördüncü qolunu vurub. Oyunun əsas vaxtının son nöqtəsində Ovusu Kvabena hesabı 5:0 edib.

 

Matçın qalan dəqiqələrində qol vurulmayıb və qarşılaşma komandamızın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

 

"Qarabağ"ımızın start heyəti: 12. Şahruddin Məhəmmədəliyev, (13. Vaqner da Silva, 45), 2 Qara Qarayev, 5. Maksim Medvedev, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), (4. Rahil Məmmədov, 45),  17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç,30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov

65-ci dəqiqədə meydana daxil olanlar: 24, Nihad Tamazov, 23. Rerras Faysal, 3. Ailton Silva, 8. Miçel, 21. Hacıağa Hacılı,28. Daniel Romero, 71. Toral Bayramov, 7. Araz Abdullayev, 27. Ovusu Kvabena

Paylaş