"Qarabağ"ımız "Sabah"ı məğlub etdi

single-news
21 Yan 2021

"Qarabağ"ımız "Sabah"ı məğlub etdi



Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start verilib. "Qarabağ"ımız səfərdə "Sabah"ın qonağı olub. Oyuna sürətli başlayan komandamız matçın 8-ci dəqiqəsində hesabı açıb. Künc zərbəsindən sonra Rahil Məmmədov topu qapıdan keçirib və ilk hissə komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissəyə rəqib qolla başlayıb və matçın 60-cı dəqiqəsində hesabı 1:1 edib. Matçın 72-ci dəqiqəsində isə Toral Bayramovun ötürməsindən sonra Mahir Emreli topu qapıdan keçirib. Qarşılaşma komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

 

21 yanvar (cümə axşamı)

18:00. “Sabah” – “Qarabağ” - 1:2
Qollar: 
Rahil Məmmədov, 8 (0:1), Kevin Kumemba, 60 (1:1), Mahir Emreli, 73 (1:2)
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Namiq Bəkirov
“Bank Respublika Arena”

Paylaş