"Qarabağ"ımız "Səbail"i məğlub etdi

single-news
15 İyn 2019

"Qarabağ"ımız "Səbail"i məğlub etdi



Bu gün "Qarabağ"ımız "Səbail"lə yoxlama oyunu keçirib. "Azərsun Arena"da 30 dəqiqəlik iki hissədən ibarət keçirilən qarşılaşma 3:1 hesabıyla başa çatıb. Matçın 12-ci dəqiqəsində komandamız hesabı açıb. Dani Kintananın yerinə yetirdiyi penalti zərbəsini rəqib qapıçı qaytarsa da, qayıdan topu ispaniyalı qapıdan keçirib. Matçın 20-ci dəqiqəsində isə rəqib hesabı bərabərləşdirib. İkinci hissənin əvvəllərində Filip Ozobiç hesabı 2:1 komandamızın xeyrinə dəyişib. Matçın 55-ci dəqiqəsində isə gənc futbolçumuz: Toral Bayramov oyunun hesabını müəyyənləşdirib 3:1.

Paylaş