"Qarabağ"ımız "Səbail"i məğlub etdi
39.jpg)
2 Fev 2020
"Qarabağ"ımız "Səbail"i məğlub etdi
Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub. Turun son matçında "Qarabağ"ımız səfərdə "Səbail"in qonağı olub. İlk dəqiqədən oyuna nəzarəti ələ alan komandamız qol fürsətlərindən istifadə edə bilməyib və ilk hissə qolsuz heç-heçəylə başa atıb. İkinci hissədə təzyiqi artıran komandamız yalnız matçın 81-ci dəqiqəsində hesabı açıb. Mahir Emreli möhtəşəm daban zərbəsiylə topu qapıdan keçirib.
Matçın qalan dəqiqələrində qol olmayıb və komandamız ikinci yarıya qələbəylə start verib.