"Qarabağ"ımız "Səbail"i məğlub etdi

single-news
13 İyn 2020

"Qarabağ"ımız "Səbail"i məğlub etdi



Bu gün "Qarabağ"ımız Premyer Liqada yarana fasilə zamanı ikinci yoxlama oyununu keçirib. Komandamız Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"i qəbul edib. Oyuna sürətli başlayan rəqib matçın 7-ci dəqiqəsində hesabı açıb. Bu qoldan sonra oyunda nəzarəti ələ komandamız matçın 23-cü dəqiqəsində hesabı bərabərləşdirib. Qara Qarayevin zərbəsini qapıçı dəf etsə də, Mahir Emreli topu qapıdan keçirib. Matçın 42-ci dəqiqəsində isə Ovusu Kvabena cərimə zərbəsindən möhtəşəm qol vuraraq hesabı 2:1 edib. Matçın 86-cı dəqiqəsində isə Qara Qarayev baxımlı zərbə ilə hesabı 3:1 edib.

 

Əvvəlcədən planlaşdırıldığı kimi, qarşılaşma 3 hissədən ibarət olub. 90 dəqiqə yekunlaşdıqdan sonra əlavə 30 dəqiqə oynanılıb. Üçüncü hissənin sonlarına doğru komandamız rəqib qapısından dördüncü topu keçirib. Ozobiç özü qurduğu hücumu dəqiq tamamlayıb.

 

"Qarabağ"ımızın start heyəti: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 27. Ovusu Kvabena, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov

 

75-ci dəqiqədə meydana daxil olanlar: 13. Vaqner Silva, 4. Rahil Məmmədov, 24. Nihad Tamazov, 23. Faysal Rherras, 71. Toral Bayramov, 21. Hacıağa Hacılı, 3. Ailton Silva, 19. Filip Ozobiç, 28. Daniel Romero, 7. Araz Abdullayev

 

Paylaş