"Qarabağ"ımız "Səbail"i səfərdə məğlub etdi FOTOLAR

18 Fev 2018
"Qarabağ"ımız "Səbail"i səfərdə məğlub etdi FOTOLAR
“Qarabağ”ımız Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə “Səbail”lə qarşılaşıb. “Bayıl Arena”da keçirilən qarşılaşma saat 17:30-da start götürüb. Qarşılaşmaya sürətli başlayan komandamız ilk hissədə bir neçə dəfə hesabı açmağa yaxın olsa da, bu fürsətlərdən istifadə edə bilməyib. İkinci hissənin əvvəllərində komandamız hesabı açıb. Cinahdan ötürmə zamanı Mahir Mədətov başla dəqiq oynayıb. Oyunun qalan dəqiqələrində hər iki komanda süərtli oyun göstərsə də, başqa qol olmayıb. Komandamız səfərdə 1:0 hesablı qələbə qazanıb.