"Qarabağ"ımız "Səbail"lə matçın hazırlıqlarını davam etdirir

29 Yan 2020
"Qarabağ"ımız "Səbail"lə matçın hazırlıqlarını davam etdirir
"Qarabağ"ımız dünən etibarən Azərbaycan Premyer Liqasının XV turunda qarşılaşacağı "Səbail"lə matçın hazırlıqlarını davam etdirir.
Komandamız bu gün klubumuzun bazasında növbəti məşqinə çıxıb. Komandamız isinmə hərərkətlərinin ardından toplu çalışmaları yerinə yetirib. Daha sonra futbolçularımız 4 komandaya bölünərək ikitərəfli oyunla hazırlığı yekunlaşdırıb.