"Qarabağ"ımız səfərdə BATE-ylə heç-heçə etdi

single-news
14 Avq 2018

"Qarabağ"ımız səfərdə BATE-ylə heç-heçə etdi



Çempionlar Liqasında  3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir.

“Qarabağ”ımız növbəti oyununa çıxıb. Komandamız səfərdə BATE-nin qonağı olub.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb və "Qarabağ"ımız iki oyunun nəticəsinə görə Çempionlar Liqasında mübarizəni dayandırıb. 

Qeyd edək ki, komandamız yolunu Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. "Atlılar" burada "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.


14 avqust

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

 

21:00. BATE (Belarus) - "Qarabağ" (Azərbaycan) - 1:1 
Qol: Mirka İvaniç, 19 (1:0), Miçel, 54 (1:1)
Qırmızı vərəqə: İnnosent Emeqara, 76 ("Qarabağ")
İlk oyun - 1:0
Hakimlər: Andris Treymanis, Haralds Qudermanis, Alekseys Spasyonņikovs, Aleksandrs Qolubevs (hamısı Latviya)
Borisov. "Borisov Arena"

Paylaş