"Qarabağ"ımız səfərdə "Zirə"ni məğlub etdi

single-news
23 Sen 2019

"Qarabağ"ımız səfərdə "Zirə"ni məğlub etdi



Bu gün Azərbaycan Premyer Liqasında V tura yekun vurulub. Turun son matçında "Qarabağ"ımız səfərdə "Zirə"nin qonağı olub. Oyuna sürətli başlayan komandamız matçın 12-ci dəqiqəsində hesabı açıb. Zubirin ötürməsini Qeye dəqiq tamamlayıb. Oyunda nəzarəti əlində saxlayan komandamız ilk hissənin sonlarında rəqib qapısına daha iki dəfə yol tapıb. 41-ci dəqiqədə Xayme topu uzaq küncə göndərərək hesabı 2:0 edib. Bu qoldan 3 dəqiqə sonra Faysalın cərimə meydançasına ötürməsini rəqib çüdafiəçi öz qapısına göndərərək hesabı 0:3 edib. Matçın 87-ci dəqiqəsində rəqib cərimə zərbəsindən hesab arasında fərqi ikiyə endirib.

Matçın qalan dəqiqələrində qol olmayıb və komandamız səfərdə 3:1 hesablı qələbə qazanıb.

23 sentyabr (bazar ertəsi)

19:00.“Zirə” – “Qarabağ” - 1:3 
Qollar: Rodrigez, 87 - 
Maqaye Qeye, 12, Xayme Romero, 42, Anastasios Papazoqlu, 44-avtoqol
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Səbuhi Bayramov
Zirə İdman Kompleksinin stadionu

Paylaş