"Qarabağ"ımız "Siqma"ya məğlub oldu

single-news
25 Yan 2020

"Qarabağ"ımız "Siqma"ya məğlub oldu



Bu gün "Qarabağ"ımız Antalyada növbəti yoxlama oyununu keçirib. Komandamız Çexiyanın "Siqma" klubuyla qarşılaşıb. Rəqib matçın 23-cü dəqiqəsində hesabı açıb və fasiləyə 1:0 hesablı qələbəylə yollanıb. İkinci hissəyə sürətli başlayan komandamız matçın 59-cu dəqiqəsində hesabı bərabərləşdirib. Musa Qurbanlının zərbəsi dəqiq alınıb. Bu qoldan 2 dəqiqə sonra Çexiya təmsilçisi yenidən hesabda önə keçib 1:2. Oyunun son dəqiqəsində isə rəqib daha bir dəfə fərqlənib. Qarşılaşma komandamızın 1:3 hesablı məğlubiyyətiylə başa çatıb.

 

12:30 "Qarabağ" – "Siqma" (Çexiya) - 1:3

"Qarabağ": 13. Vaqner da Silva, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, (Ovusu Kvabena, 61), 21. Hacıağa Hacılı, 23. Faysal Rerras, 24. Nihad Tamazov, 29. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 66. Cavid Bayramov, 71. Toral Bayramov,  99. Maqaye Qeye

Paylaş