"Qarabağ"ımız "Sivasspor"a məğlub oldu

27 Noy 2020
"Qarabağ"ımız "Sivasspor"a məğlub oldu
Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.
Turnirdə ölkəmizi təmsil edən "Qarabağ"ımız da növbəti oyununa çıxıb. Komandamız İstanbulda “Sivasspor”u qəbul edib. “Qarabağ”ımız bu görüşdə iki dəfə hesabda önə çıxsa da, üstünlüyünü sona qədər qoruya bilməyib və 2:3 hesabı məğlub olub.
I qrupu
21:55. “Qarabağ” (Azərbaycan) – “Sivasspor” (Türkiyə) - 2:3
Qollar: Adbullah Zubir, 8 (1:0), Kone, 40-pen. (1:1), Uroş Matiç, 51 (2:1), Kayode, 56 (2:2), Kone, 79 (2:3)
Baş hakim: Yakob Kehlet (Danimarka)
İstanbul. “Başakşəhər” Fatih Terim Stadionu