`Qarabağ`ımız sonuncu üçün
8 May 2012
`Qarabağ`ımız sonuncu üçün
`Qarabağ`ımız `Xəzər-Lənkəran`la oyuna hazırlaşır. Premyerliqanın sonuncu turunda cənubluların qonağı olacaq komandamız bugündən etibarən həlledici oyunun məşqlərinə başlayıb. Şənbə günü `İnter`lə keçirilən oyun sonrası Bakıya dönən komandamız dünən istirahət etmişdi. Bugünə isə tək çalışmayla yekun vurulub. `Qarabağ`ımızın hazırlığında mövsümü erkən bitirən Əfran İsmayılov iştirak etməyib. Əvəzində `İnter`lə sonuncu oyunu cəza üzündən buraxan Maksim Medvedev `Xəzər-Lənkəran`la görüşün hazırlıqlarında iştirak edir.
`Qarabağ`ımız sabah Bakıda daha bir məşqə çıxacaq. Ertəsi gün isə komandamız Lənkərana yollanacaq.
`Qarabağ`ımız sabah Bakıda daha bir məşqə çıxacaq. Ertəsi gün isə komandamız Lənkərana yollanacaq.
