"Qarabağ"ımız sonuncu yoxlama oyununu keçirdi

single-news
25 Yan 2020

"Qarabağ"ımız sonuncu yoxlama oyununu keçirdi



"Qarabağ"ımız bu gün Antalyada qış təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib. Komandamız Polşanın "Visla Plok" klubuyla qarşılaşıb. Qarşılıqlı hücumlarla keçən ilk hissədə qapılara iki qol vurulub. 18-ci dəqiqədə Mahir Emreli penalti zərbəsindən hesabı açıb. Hissənin son dəqiqəsində isə rəqib hesabı bərabərləşdirib. İkinci hissəyə sürətli başlayan komandamız 56-cı dəqiqədə ikinci qolu vurub. Xayme Romero qolun müəllifi olub. Rəqib 5 dəqiqə sonra yenidən hesabı bərabərləşdirib. Matçın 86-cı dəqiqəsində isə "Visla" üçüncü qolu vurub və qarşılaşma rəqibin 3:2 hesablı qələbəsiylə başa çatıb.

18:30 "Qarabağ" – "Visla" (Plok, Polşa) 2:3


"Qarabağ": 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov.

Paylaş

// pop up