"Qarabağ"ımız - "Sumqayıt" 1:0

14 Sen 2018
"Qarabağ"ımız - "Sumqayıt" 1:0
Bu gün Azərbaycan Premyer Liqasında IV turun oyunlarına start verilib. Turun açılış matçında "Qarabağ"ımız "Azərsun Arena"da "Sumqayıt"ı qəbul edib. Oyuna sürətli başlayan komandamız 21-ci dəqiqədə hesabı açıb. Təyin olunan penalti zərbəsini Filip Ozobiç dəqiq yerinə yetirib. Matçın qalan dəqiqələrində oyuna nəzarət edən futbolçularımız yaratdığı qol epizodlarından istifadə edə bilməyib. Matç komandamızın 1:0 hesablı qələbəsiylə başa çatıb.
14 sentyabr
20:00. "Qarabağ” - "Sumqayıt” - 1:0 (İkinci hissə)
Qol: Ozobiç, 21-pen
Qırmızı vərəqə: Yusif Nəbiyev, 70 ("Sumqayıt")
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, Orxan Məmmədov
"Azersun Arena”