"Qarabağ"ımız - "Sumqayıt" 2:0

single-news
3 Noy 2018

"Qarabağ"ımız - "Sumqayıt" 2:0



Bu gün Azərbaycan Premyer Liqasında X turun oyunlarına start verilib. "Qarabağ"ımız Tofiq Bəhramov adına Respublika stadionunda "Sumqayıt"ı qəbul edib. Qarşılaşmaya sürətli başlayan komandamız matçın 25-ci dəqiqəsində hesabı açıb. Simeon Slavçev qapıçıyla təkbətək dueldən qalib ayrılıb. İlk hissə bu hesabla da başa atıb. Komandamız ikinci hissəyə də qolla başlayıb. Matçın 56-cı dəqiqəsində Con Delarj möhtəşəm zərbəylə hesabı 2:0 edib. Qalan dəqiqələrdə komandamız hesab arasındakı fərqi artırmağa yaxın olsa da, bu fürsətlərdən istifadə edə bilməyib. Matç komandamızın 2:0 hesablı qələbəsiylə başa çatıb. 

 

19:00. “Qarabağ” – “Sumqayıt” - 2:0
Qollar: 
Simeon Slavçev, 25, Con Delarj, 56
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Knyaz Əmiraslanov, Əliyar Ağayev
Tofiq Bəhramov dına Respublika stadionu

Paylaş

// pop up