"Qarabağ"ımız - "Sumqayıt" 2:2

single-news
25 Sen 2020

"Qarabağ"ımız - "Sumqayıt" 2:2



Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib. Turun ilk matında "Qarabağ"ımız səfərdə "Sumqayıt"ın qonağı olub.  İlk hissədə komandamız hesabı açmaq üçün yetəri qədər şans yaratsa da, bunlardan istifadə edə bilməyib. İkinci hissəyə sürətli başlayan meydan sahibləri arıdıcıl 2 qol vurub. Komandamız 59-cu dəqiqədə Ovusu Kvabena ilə hesab arasında fərqi minimuma endirib. Oyuna əlavə olunmuş 5-ci dəqiqədə isə komandamız hesabı bərabərləşdirib. Filip Ozobiç komandamızın bərabərlik qolunun müəllifi olub.

25 sentyabr (cümə)

19:00. “Sumqayıt” – “Qarabağ” - 2:2
Qollar: 
Əli Qurbani, 52, Camaləddin Xocaniyazov, 54 (2:0), Kvabena Ovusu, 59, Filip Ozobiç, 90+5 (2:2)
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”

Paylaş