"Qarabağ"ımız "Sumqayıt" səfərindən qələbəylə qayıdır
4.jpg)
9 Fev 2019
"Qarabağ"ımız "Sumqayıt" səfərindən qələbəylə qayıdır
Bu gün Azərbaycan Premyer Liqasında XVI turun oyunları keçirilib. "Qarabağ"ımız səfərdə "Sumqayıt"ın qonağı olub.Qarşılaşmaya sürətli başlayan komandamız matçın 20-ci dəqiqəsində hesabı açıb. Filip Ozobiç möhtəşəm zərbəylə topu qapıdan keçirib. İlk hissədə komandamız bir neçə dəfə hesab arasındakı fərqi artırmağa yaxın olsa da, bu epizodlardan istifadə edə biməyib. Qarşılıqlı hücumlarla keçən ikinci hissənin sonlarında komandamız ikinci qolunu vurub. Küncdən zərbədən sonra Bədavi Hüseynov topu qapıya göndərib. Qarşılaşma bu hesabla da başa çatıb.
18:30. “Sumqayıt” – “Qarabağ” - 0:2
Qollar: Filip Ozobiç, 20, Bədavi Hüseynov, 81
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rauf Cabarov
“Kapital Bank Arena”