"Qarabağ"ımız "Sumqayıt"ı məğlub etdi

single-news
23 Fev 2020

"Qarabağ"ımız "Sumqayıt"ı məğlub etdi



Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. Turun son matçında "Qarabağ"ımız Tofiq Bəhramov adına Respublika stadionunda "Sumqayıt"ı qəbul edib. İlk hissədə komandamız bir neçə dəfəhesabı açmağa yaxın olsa da, bu fürsətlərdən istifadə edə bilməyib. İkinci hissənin əvvəllərində komandamız hesabı açıb. Toral Bayramovun cinahdan ötürməsini Mahir Emreli başla tamamlayıb. Qarşılaşmanın qalan dəqiqələrində hesab dəyişməyib və komandamız 1:0 hesablı qələbə qazanıb.

23 fevral (bazar)

18:00. “Qarabağ” – “Sumqayıt” - 1:0 
Qol: 
Mahir Emreli, 49
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu
 

Paylaş