`Qarabağ`ımız tam heyətlə başlayır
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5410.jpg)
12 Dek 2011
`Qarabağ`ımız tam heyətlə başlayır
`Qarabağ`ımız yenidən məşqlərə başladı. Şənbə günü Lənkəranda yerli komandayla qarşılaşan `Qarabağ`ımız dünən istirahət etmişdi. Bu gündən isə komandamız premyerliqanın XVII turunda qarşılaşacağı `Rəvan`la oyunun hazırlıqlarına start verir. `Qarabağ`ımızın günə tək məşqi nəzərdə tutulub. Yeganə çalışma 14:00-da Suraxanı qəsəbə stadionunda nəzərdə tutulub. `Qarabağ`ımızda zədəli futbolçuların olmaması üzləri güldürür. Belə də bakılılarla oyunöncəsi hazırlıqlar tam heyətlə baş tutacaq.
Komandamız Dekabrın 14-nə kimi hazırlıqlarını Bakıda davam etdirəcək. Ardınca isə Ağdama yollanacaq. Dekabrın 16-sı baş tutacaq oyuna qədər Quzanlı olimpiya mərkəzinin stadionunda məşq keçəcək.
Komandamız Dekabrın 14-nə kimi hazırlıqlarını Bakıda davam etdirəcək. Ardınca isə Ağdama yollanacaq. Dekabrın 16-sı baş tutacaq oyuna qədər Quzanlı olimpiya mərkəzinin stadionunda məşq keçəcək.