`Qarabağ`ımız tək itkiylə

single-news
18 İyl 2011

`Qarabağ`ımız tək itkiylə



`Qarabağ`ımız `Streymur`la oyunun hazırlıqlarını davam etdirir. İyulun 21-i Farer adalarından olan rəqibiylə Avroliqanın 2-ci mərhələsinin cavab görüşündə qarşılaşacaq komandamız gündə bir məşqlə kifayətlənir. Bu gün eyni zamanda bir neçə gənc futbolçu səhər məşqinə çıxıb. Amma komandamızın əsas məşqi 19:00-a nəzərdə tutulub. Axşam məşqi Suraxanı qəsəbə stadionunda baş tutacaq. Komandamızda tək itki Tural İsgəndərovdu.  19 yaşlı yarımmüdafiəçi hələ ki trenajor zalında məşq etməklə kifayətlənir.

Paylaş

// pop up