`Qarabağ`ımız tək məşqlə

single-news
17 Fev 2011

`Qarabağ`ımız tək məşqlə



`Qarabağ`ımız `Gəncə`ylə oyunun hazırlıqlarını davam etdirir. Bazar günü səfərdə elitanın debütantı ilə qarşılaşacaq komandamız günü tək məşqlə keçirib. Günün yeganə məşqi 11:30-da `Sərhədçi` idman kompleksinin meydançasında baş tutub. Komandamızın məşqi 90 dəqiqə davam edib. Komandamızın zədəlilərindən Sail Kərimov artıq komandayla məşqlərə qatılır. Digər zədəlilərimizdən – belində ağrı olan Devran Ayhan, sağ ayaq əzələsində problem olan Aftandil Hacıyev isə sadəcə trenajorda məşq etməklə kifayətləndilər. Türkiyədə müalicə olunan Maksim Medvedev isə Fevralın 19-u Bakıya dönəcək.
Komandamız sabah səhər məşq etdikdən sonra Gəncəyə yola düşəcək.

 

Paylaş

// pop up