`Qarabağ`ımız tək məşqlə
10 May 2011
`Qarabağ`ımız tək məşqlə
`Qarabağ`ımız `Neftçi`ylə oyunun hazırlıqlarına başlayıb. Bazar günü `Xəzər-Lənkəran`la qarşılaşan komandamız Bakıya döndükdən sonra 1 gün istirahət edib. Dünən isə komandamız günü tək məşqlə keçirib. Bu gün komandamız eyni proqramla çalışacaq. Sabah da Bakıda 1 məşqlə kifayətlənəcək komandamız, ardınca Quzanlıya yola düşəcək. Premyerliqanın 31-ci turunda ev oyunumuz Ağdamda, Quzanlı Olimpiya kompleksinin meydançasında keçiriləcəyinə görə `Qarabağ`ımız Mayın 12-ində cəbhə bölgəsinə yollanacaq.
Xatırladaq ki, `Qarabağ` - `Neftçi` oyunu Mayın 13-ündə Quzanlı Olimpiya Kompleksində saat 15:00-da keçiriləcək.