`Qarabağ`ımız toplandı

single-news
24 Avq 2011

`Qarabağ`ımız toplandı



`Qarabağ`ımız bu gün tam heyətlə yığışır. `Kəpəz`lə oyundan sonra  4 futbolçusunu  milli komandaya göndərən komandamız 1 günlük fasilədən sonra məşqlərə başlamışdı. Bu gün isə komandamız şənbə günü qarşılaşacağımız `Qəbələ` ilə oyunun hazırlıqlarını tam heyətlə keçəcək. Səhər məşqindən sonradan millidən dönən futbolçularımız artıq komandamızın düşərgəsinə qoşulacaq.
Komandamızın məşqi 17:30-da baş tutacaq. Məşqimiz Suraxanı qəsəbə stadionunda baş tutacaq. `Qarabağ`ımız sabah Bakıda sonuncu məşqini etdikdən sonra Quzanlıya yollanacaq. Daha bir məşqimiz ertəsi gün Ağdamda baş tutacaq.
Bu arada `Qarabağ`ımız daha bir üzücü xəbərlə qarşılaşıb. `Qəbələ` ilə oyunda daha bir futbolçumuzun oynamayacağı məlum olub. Amma bu dəfəki səbəb zədəylə bağlı deyil. Makedoniyalı futbolçumuz Nderim Nedzipinin övladı əməlliyat olunub. Bu səbəbdən 27yaşlı yarımmüdafiəçi dərhal vətəninə yollanıb. Nedzipinin `Qəbələ`ylə oyuna yetişəcəyi gözlənilmir.

Paylaş

// pop up