"Qarabağ"ımız Türkiyəyə yollandı

single-news
4 Noy 2020

"Qarabağ"ımız Türkiyəyə yollandı



Sabah Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Qarabağ"ımız səfərdə "Sivasspor"un qonağı olacaq. 

Komandamız bu gün Bakı vaxtı ilə 11:30-da Sivas şəhərinə yollanıb. 

"Qarabağ"ımızın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə 19:40-da media mənsublarının suallarını cavablandıracaq. Komandamız isə Bakı vaxtı ilə saat 20:00-da matçın keçiriləcəyi "Sivas 4 Eylül" stadionunda son məşqinə çıxacaq. 

Qeyd edək ki, "Sivasspor" - "Qarabağ" matçı sabah, saat 21:55-də start götürəcək.

 

Paylaş

// pop up