`Qarabağ`ımız üçün ciddi itki

single-news
19 Sen 2014

`Qarabağ`ımız üçün ciddi itki



Dünən `Qarabağ`ımız Avropa Liqasının qrup mərhələsinin ilk oyununa çıxdı.Fransanın `Sent-Etyen` klubu ilə qarşılaşmadan 1 xal ilə ayrılan komandamız bu oyunda itki ilə üzləşdi.Belə ki, Jumbinyo dünənki oyunun ilk hissəsində zədələndi və ilk hissədən sonra əvəzləndi. Braziliyalı yarımmüdafiəçi bugün tibbi müayinədən keçib. 28 yaşlı futbolçunun uzun müddətə sıradan çıxdığı məlum olub. Beləki Jumbinyonun xaçvarı bağlarının qırıldığı məlum olub. Braziliyalı təxminən 5 ay sonra meydana çıxa biləcək. Belə də Jumbinyonun 2014-cü ildə meydana çıxmayacağını söyləmək olar.

Paylaş

// pop up