"Qarabağ"ımız "Ufa"nı məğlub etdi

single-news
28 İyn 2019

"Qarabağ"ımız "Ufa"nı məğlub etdi



Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ımız bu gün üçüncü yoxlama oyununu keçirib. Komandamız Rusiyanın "Ufa" klubuyla qarşılaşıb.

İlk hissədə hər iki tərəf hesabı açmaq üçün şanslar yaratsa da, bunlardan istifadə edə bilməyib. İkinci hissəyə sürətli başlayan komandamız 54-cü dəqiqədə Zubirlə hesabı açıb. 8 dəqiqə sonra isə Zubirin ötürməsini Miçel dəqiq tamalayaraq hesabı 2:0 edib.  Matçın 75-ci dəqiqəsində rəqib hesab arasındakı frəqi minimuma endirib. Qalan dəqiqələrdə qol olmayıb və komandamız 2:1 hesablı qələbə qazanıb. 

19:00. "Qarabağ" - "Ufa" (Rusiya) - 2:1 
Qollar: 
Zubir, 54, Miçel, 62

 

"Qarabağ"ımız: 12. Şahruddin Məhəmmədəliyev, (13. Vaqner da Silva, 67), 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev (2. Qara Qarayev, 46), 8. Miçel, (19. Filip Ozobiç, 67),  10. Dani Kintana, (9. Xayme Romero, 67), 11. Mahir Emreli, 17. Abdullah Zubir, (7. Araz Abdullayev, 67), 20. Riçard Almeyda, (18. İsmayıl İbrahimli, 83),  30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov (21. Hacıağa Hacılı, 73)

 

 

Paylaş