"Qarabağ"ımız Ukraynadan qələbəylə qayıdır

9 Noy 2018
"Qarabağ"ımız Ukraynadan qələbəylə qayıdır
Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.
Turnirdə ölkəmizi təmsil edən “Qarabağ”ımız da növbəti oyununa çıxıb. Komandamız Ukraynada “Vorskla”nın qonağı olub. Komandamız rəqibini 1:0 hesabı ilə məğlub edib. Komandamızın yeganə qolunu Araz Abdullayev vurub.
Qrupun digər oyununda “Arsenal” “Sportinq”i qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb.
Avropa Liqası
Qrup mərhələsi, IV tur
E qrupu
00:00. "Vorskla” (Ukrayna) - "Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Araz Abdullayev, 13-pen
Baş hakim: Sandro Şörer (İsveçrə)
Aleksey Butovski adına stadion