"Qarabağ"ımız "Uypeşt"lə qarşılaşacaq
12 Yan 2019
"Qarabağ"ımız "Uypeşt"lə qarşılaşacaq
"Qarabağ"ımız Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Komandamız toplanış zamanı ikinci yoxlama oyununda Özbəkistanın "Paxtakor" klubu əvəzinə Macarıstanın "Uypeşt" klubuyla qarşılaşacaq. Buna səbəb Özbəkistan klubunun Antalya toplanışının ləğv olunmasıdır.
Qeyd edək ki, "Qarabağ" - "Uypeşt" qarşılaşması yanvarın 16-sı baş tutacaq.
