`Qarabağ`ımız və Pavloviçdən rekordlar

single-news
17 Fev 2012

`Qarabağ`ımız və Pavloviçdən rekordlar



`Qarabağ`ımız  Premyer Liqanın cari mövsümündə ardıcıl 5 oyun qol buraxmayan ilk komanda olub. 2011-ci il noyabrın 26-da XIV turun `Neftçi` yə doğma divarlar arasında (1:2) uduzduqdan sonra qapısını toxunulmaz saxlayan komandamız XX turun `Bakı`ya səfərdə 3:0 hesabı ilə qalib gəldiyimiz matçda seriyasını 5-ə çatdırıb. Belə də `Qarabağ`ımızın serbiyalı qapıçısı Boyan Pavloviçi sonuncu dəfə `Neftçi`nin braziliyalı yarımmüdafiəçisi Flavinyo məyus edib. Onun 83 gün əvvəlki matçın 88-ci dəqiqəsində vurduğu qoldan sonra Pavloviç 452 dəqiqədir top buraxmır.  Amma bu çempionat oyunlarına aiddir. `Qarabağ`ımız eyni zamanda qol buraxdığımız sonuncu matçdan sonra `Sumqayıt`la kubok mücadiləsinə çıxıb və 3:0 qələbə qazanıb.Həmin oyunda da qapını serbiyalı kiper qoruyub.  Belə də quru seriyamız 6 oyun və 542 dəqiqədir davam edir.  Seriya belədir: `Qarabağ`  - `Sumqayıt` 3:0,  `Turan` - `Qarabağ` 0:1, `Xəzər-Lənkəran` - `Qarabağ` 0:0, `Qarabağ` - `Rəvan` 2:0, `Qəbələ` - `Qarabağ` 0:0, `Bakı` - `Qarabağ` 0:3.

Xatırladaq ki, qapıçılar Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan siyahıya düşmək üçün 660 dəqiqəlik seriyaya malik olmalıdırlar.

Paylaş

// pop up