"Qarabağ"ımız - "Viktoriya" 2:2

single-news
2 İyl 2019

"Qarabağ"ımız - "Viktoriya" 2:2



Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ımız bu gün sonuncu yoxlama oyununu keçirib. Komandamız Çexiyanın "Viktoriya" klubuyla qarşılaşıb. Matçın 11-ci dəqiqəsində futbolçumuz Mahir Emreli topu qapıdan keçirsə də, hakim qayda pozuntusu qeydə alaraq qolu hesaba almayıb. Qarşılıqlı hücumlarla keçən ilk hissənin sonlarına yaxın komandamız hesabı açıb. Riçard Almeydanın ötürməsini Mahir Emreli dəqiq tamamlayıb. İkinci hissəyə də sürətli başlayan komandamız 52-ci dəqiqədə Mahir Emreliylə hesabı 2:0 edib. 84 və 85-ci dəqiqələrdə komandamız qapısında iki qol görüb və qarşılaşma 2:2 hesabıyla başa çatıb. 

19:00. "Qarabağ" - "Viktoriya" (Çexiya) - 2:2 
Qol:
 Mahir Emreli, 42, 52

"Qarabağ"ımızın start heyəti: 13. Vaqner Silva, 4.Rahil Məmmədov, 55.Bədavi Hüseynov, (21. Hacıağa Hacılı, 75), 5. Maksim Medvedev, (71. Toral Bayramlı, 75), 30.Abbas Hüseynov,  20. Riçard Almeyda, 8. Miçel, (44. Elvin Cəfərquliyev, 65), 19. Filip Ozobiç, (6. Simeon Slavçev, 65),  17. Abdullah Zubir, (18. İsmayıl İbrahimli, 75), 10. Dani Kintana, (9. Xayme Romero, 65),  11. Mahir Emreli (7. Araz Abdullayev, 65) 

Paylaş