"Qarabağ"ımız "Vilyarreal"la qarşılaşdı

single-news
30 Okt 2020

"Qarabağ"ımız "Vilyarreal"la qarşılaşdı



Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

Turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da bu gün növbəti matçına çıxıb. Qurban Qurbanovun komandası qrupun favoriti hesab olunan "Vilyarreal"la qarşılaşıb. Komandamız Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar rəqibini İstanbulda qəbul edib. Oyun İspaniya klubunun qələbəsi ilə başa çatıb - 3:1.

Qrupun paralel keçirilən digər oyununda isə "Sivasspor" (Türkiyə) "Makkabi"ni (İsrail) qəbul edib. Bu oyunda da qonaqlar qalib gəlib - 2:1.


29 oktyabr

Avropa Liqası

Qrup mərhələsi, 2-ci tur


I qrupu

21:55. “Qarabağ” (Azərbaycan) – “Vilyarreal” (İspaniya) - 1:3
Qollar: Ovusu Kvabena, 78 (1:0), Yeremi Pino, 80 (1:1), Pako Alkaser, 85 (1:2), 90+6-pen. (1:3)
Baş hakim: Pavel Orel (Çexiya)
İstanbul. “Başakşəhər Fatih Terim” stadionu

Paylaş

// pop up