`Qarabağ`ımız Yanvarın 9-u başlayacaq

28 Dek 2010
`Qarabağ`ımız Yanvarın 9-u başlayacaq
`Qarabağ`ımız artıq istirahətdədir. `Xəzər-Lənkəran`la oyundan sonra qış fasiləsinin yaranmasıyla əlaqədar olaraq komandamız baş məşqçimiz Qurban Qurbanov tərəfindən istirahətə buraxılıb. Beləki, 2-ci dövrənin hazırlıqlarına komandamız yanvarın 9-u başlayacaq. Komandamız elə həmin gün toplanaraq təlim-məşq toplanışı keçmək üçün Antalyaya yollanacaq. Fevralın 5-inə kimi komandamız Antalyanın Belek bölgəsində yerləşən `İC Santai` otelində məskunlaşacaq. Fevralın 5-indən sonra komandamız 1 həftə Bakıda məşq edərək `Qəbələ` ilə oyunun hazırlıqlarını davam etdirəcək.