"Qarabağ"ımız yarımfinalda !
1.jpg)
20 Dek 2018
"Qarabağ"ımız yarımfinalda !
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib. İlk oyunda 1:0 hesabıyla qələbə qazanan "Qarabağ"ımız səfərdə "Keşlə"nin qonağı olub. Komandamız fasiləyə 0:1 hesablı məğlubiyyətlə yollansa da, ikinci hissənin əvvəlində hesabı bərabərləşdirib. Maksim Medvedevin cərimə meydançasına ötürməsini Miçel dəqiq baş zərbəsiylə topu qapıya göndərib. Matçın qalan dəqiqələrində qol olmayıb və qarşılaşma 1:1 hesabıyla başa çatıb. İki oyunun nəticəsinə görə komandamız yarımfinala vəsiqə qazanıb.
19:00. “Keşlə” – “Qarabağ” - 1:1
Qol: Amil Yunanov, 29 (1:0), Miçel, 50 (1:1)
İlk oyun: 0:1
Hakimlər: İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
“ASK Arena”