"Qarabağ"ımız yarımfinalda !

single-news
20 Dek 2019

"Qarabağ"ımız yarımfinalda !



Bu gün ölkə kubokunun 1/4 final mərhələsinə yekun vurub. "Qarabağ"ımız bu mərhələnin cavab matçında səfərdə "Keşlə"nin qonağı olub. Oyuna sürətli başlayan komandamız matçın 20-ci dəqiqəsində hesabı açıb. Abdullah Zubirin cinahdan ötürməsini Mahir Emreli topu qapıdan keçirib. Oyunun 40-cı dəqiqəsində isə komandamız ikinci qolu rəqib qapısından keçirib. Xaymenin zərbəsi qarşısıalınmaz olub. Rəqib yalnız matçın 66-cı dəqiqəsində hesab arasındakı fərqi minimuma endirib 1:2. Matçın son dəqiqəsində isə gənc futbolçumuz Toral Bayramov hesabı 1:3 edib.

Qarşılaşmanın qalan dəqiqələrində hesab dəyişməyib. İlk oyunda 1:0 hesablı qələbə qazanan "Qarabağ"ımız səfərdə də 3:1 hesablı qələbə qazanaraq yarımfinala vəsiqəni təmin edib. Komandamız bu mərhələdə "Sumqayıt"la qarşılaşacaq. 

 

20:00. “Keşlə” – “Qarabağ” - 1:3
Qollar: 
Mahir Emreli, 20 (0:1), Xayme Romero, 40 (0:2),Xəzər Mahmudov, 67 (1:2), Toral Bayramov, 90 (1:3)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov
“ASCO Arena”
İlk oyun - 0:1

Paylaş