`Qarabağ`ımız yenə irəlilədi, `Atletiko`nu və `Reyncers`i geridə qoydu
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
`Qarabağ`ımız yenə irəlilədi, `Atletiko`nu və `Reyncers`i geridə qoydu
Avropanın ən güclü futbol klublarının siyahısı açıqlanıb. Ən məşhur statistika portallarından olan `infobank` son bir il üçün nəzərdə tutulan növbəti reytinq siyahısını yeniləyib.
Bu siyahıda Avropanın ən yaxşı 425 klubu yer alıb. Azərbaycan isə burada ötən həftə olduğu kimi yenə 7 komanda ilə təmsil olunub.
Siyahıda Ağdamın `Qarabağ` klubu 1 həftə ərzində irəliləyişə nail olub. `Qarabağ` 7 günə 10 pillə irəliləyərək 2 həftəyə ümumilikdə 16 addım önə keçib. Hazırda `Qarabağ` klubu 71-ci pillədə qərarlaşıb. Bu, Azərbaycan klublarının `infobank` reytinqində ən yüksək nəticəsidir.
Hesabında 47,08 xal olan Qurban Qurbanovun komandası 71-ci pilləni `Atletiko` (Madrid) klubunun əlindən alıb. Avroliqanın son qalibi olan Madridlilər artıq 91-ci pilləyə enib. `Qarabağ`ın 1 həftə ərzində arxada qoyduğu klublar arasında Şotlandiya `Reyncers`i də var.
Digər təmsilçilərimizdən 11 pillə irəliləyən `Xəzər Lənkəran` 111-ci, `Neftçi` 169-cu pillədə qərarlaşıb. Bunlardan `İnter` 227-ci, `Bakı` 249-cu, AZAL isə 254-cü yerə qədər enib. Zaqatalanın `Simurq` klubu isə 416-cı olmaqla siyahıdakı son həftələrini yaşayır.
Qeyd edək ki, siyahıya İspaniya klubları başçılıq edir. Siyahıda `Real` 1-ci, `Barselona` 2-ci, Portuqaliyanın `Porto` klubu isə 3-cü yerdə qərarlaşıb.